Ermənistanda "beşinci kolon" ucuz fotoşopla insanları aldatmağa başlayıb.
Ölkə.Az xəbər verir ki, guya Kiprdə Ermənistan küçəsində Qarabağ revanşistlərinin reklam lövhəsi asılıb.
Fotoya diqqətlə baxanda bunun montaj olduğu üzə çıxır.
Elanda qeyd edilir ki, 13 ölkənin 40 şəhərində Tavuş keşişi Baqrat Srbazanın təşkil etdiyi "hərəkata" dəstək aksiyaları keçiriləcək.
Xatırladaq ki, o və qondarma tərəftarları Qazaxın kəndlərinin Azərbaycana geri qaytarılmasından sonra təxribatçı hərəkətlərə başlayıblar. Nümayişçilər baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Hökumət aksiyanın arxasında "Qarabağ klanı"nın da durduğu deyir.