Son çempion boşanır: nağıl bitir

 

Nüfuzlu “Uimbldon” turnirinin çempionu Marketa Vondrousova boşanır.

"Ölkə.az" xəbər verir ki, 24 yaşlı çexiyalı qadın mətbuata açıqlamasında bildirib ki, o, artıq əri Stepan Şimekdən ayrılıb. Hər şey, o cümlədən əmlak bölgüsü ilə bağlı razılığa gəlib.

Bir-birini uşaqlıqdan tanıyan cütlük 2022-ci ilin iyulunda evlənib.

Qeyd edək ki, Şimek də tennislə məşğul olub. Lakin zədə səbəbindən karyerasını erkən bitirib. Bundan sonra təhsil sahəsinə yönəlib.(publika.az)

0.19164204597473