"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO

 

İspaniya "La Liga"sında "El Klasiko" madridlilərin qələbəsi ilə yekunlaşıb.

Ölkə.Az xəbər verir ki, çempionatın 32-ci turunda "Real"'-"Barselona" oyunu baş tutub.

"Estadio Santiago Bernabeu" stadionunda keçirilən matç 3:2 hesabı ilə meydan sahiblərin üstünlüyü ilə sonlanıb.

Qarşılıqlı qollarla keçən oyunda "kral klubu"nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.

Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Barselona" 70 xalla ikinci, 68 xallı "Jirona" isə üçüncü pillədə qərarlaşıb.

0.21677422523499