Çempionlar Liqasında "Real Madrid"in penaltilər seriyasında kral klubunun taleyüklü qolunu vuran Antonio Rüdigerin hərəkəti gündəm xəbərlərdən birinə çevrilib.
Xarici media xəbər verir ki, müdafiəçi qələbə sevinci zamanı kameralara "Allahu Əkbər!" deyərək sevincini ifadə edib.
Onun bu reaksiyasını əks etdirən görüntü milyonlarla insanın marağına səbəb olub.
Ötən illərdə müsəlman olduğunu açıqlayaraq diqqətləri üzərinə çəkən alman futbolçu, "Müsəlmanam, Allaha inanıram və buna görə də matçlardan əvvəl dua etməyi xoşlayıram. Komanda yoldaşlarım üçün dua edirəm və rəqiblərin yaralanmaması üçün, eləcə də stadiondakı bütün insanlar üçün dua edirəm", - o deyib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/4 final cavab matçında "Real Madrid" səfərdə "Mançester Siti" ilə qarşılaşıb. İlk görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb və heç bir komanda üstünlük əldə edə bilməyib. İlk 90 dəqiqə, daha sonra isə 120 dəqiqə heç-heçə bitdikdən sonra son söz penaltilərdə deyilib.
Modriç seriyanın penaltilər seriyasında “Real”ın qapısına ilk penaltini qaçırsa da, “Siti”dən Bernardo Silva və Kovaçiç penaltilər seriyasından yararlana bilməyiblər. Son penaltini yerinə yetirmək üçün topa yaxınlaşan "Real Madrid"in müdafiəçisi Antonio Rüdiger qol vuraraq komandasını Çempionlar Liqasının yarımfinalına çıxarmağı bacarıb.