CV və işə qəbulla bağlı maraqlı faktlar - ZƏRURİ BİLGİ

 

Universitetləri yeni bitirmiş gənclər, eləcə də yeni iş axtaran şəxslər ilk öncə CV (Curriculum Vitae) adlandırılan karyera tarixçəsini və peşəkar keyfiyyətlərini təsvir edən sənəd hazırlamalı, daha sonra isə müsahibə mərhələsinə hazır olmalıdır.

"Ölkə.Az" müxtəlif beynəlxalq araşdırmalarda CV və işə qəbul prosesi bağlı əldə edilən maraqlı nəticələri təqdim edir:

İnsan resursları üzrə mütəxəssislər qeyd edir ki, CV-yə baxmağa sərf olunan orta vaxt 5-7 saniyədir.

Hər hansı bir işə müraciət edənlərin sayı isə orta hesabla 118 nəfərdir. Bu müraciət edənlərin yalnız 20%-i müsahibəyə dəvət alır.

Mail ünvanı və CV-də yer alan fotoşəkil qeyri-peşəkardırsa, həmin CV-lərin 76%-i nəzərə alınmır.

Orta hesabla, müsahibələr 40 dəqiqə çəkir. İşə götürən bir namizəddə 36% bacarıqlara, 31% təşəbbüsə, 21% yaradıcı düşüncəyə baxır;

Aparılan araşdırma nəticəsində namizədlərin müsahibə üçün geyinə biləcəyi ən yaxşı rənglərin qara və mavi olduğu qənaətinə gəlinib.

İşə qəbul mütəxəssisləri namizədin onlar üçün uyğun olub-olmadığına ilk bir neçə dəqiqədə qərar verirlər. 2000 işə götürən menecer arasında keçirilən sorğuda 33%-i 90 saniyə ərzində buna qərar verdiklərini iddia ediblər.

Tədqiqatlar göstərir ki, özünüzü və bacarıqlarınızı təqdim etmək gücü ixtisasın özündən daha vacibdir. Yeni vəzifələrin doldurulması orta hesabla ən çox 42 gün çəkir. İş axtaranların 73%-i isə müsahibə prosesini stresli hesab edir.

Ölkə.Az

0.16262888908386