Bu şəhərdən Bakıya birbaşa aviareyslər başladı

 

Rusiyanın “İrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Bildirilib ki, Bakıya bütün yaz-yay cədvəli üzrə həftədə 1 dəfə, cümə axşamı “Sukhoi Superjet 100” təyyarəsi ilə uçuşlar planlaşdırılır.

Nijni Novqoroddan Bakıya uçuşlar Rusiya vaxtı ilə saat 01:00-da həyata keçirilir. Təyyarə Azərbaycana saat 05:00-da çatacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan geri dönüş reysi həftədə bir dəfə, çərşənbə günləri saat 21:00-da, Çkalov Beynəlxalq Hava Limanına eniş isə saat 23:00-da həyata keçirilir.  

0.16518902778625