Azərbaycanda yatırım vasitəsi kimi torpaq olduqca populyardır.
Bəs torpağa yatırım nə dərəcədə səmərəlidir?
“Ölkə.Az” xəbər verir ki, “EY Azərbaycan” şirkətinin Modelləşdirmə, Qiymətləndirmə və İqtisadiyyat üzrə aparıcı mütəxəssisi Hüseyn İbadov bununla bağlı sualları cavablandırıb.
O bildirib ki, torpağı gələcəyin qızılı da adlandırmaq olar:
“Hazırda mövcud olan bir sıra investisiya alətlərindən biri də torpaqdır. Belə bir nəzəriyyə var ki, bir ölkənin və ya çevrənin dayağı insan başına düşən torpaq sahəsindən ibarətdir. Bunun əsasında torpaqların dəyərlənəcəyini deyə bilərik. Torpaq çox faydalı və dəyəri uzunmüddətli artan investisiya məhsuldur. Çünki torpaq qıt resursdur. Torpağı gələcəyin qızılı da adlandırmaq olar”.
Ekspert deyir ki, torpaq sahələrini müxtəlif regionlardan və rayonlardan almaq daha səmərəlidir: “Bu ərazilərdə torpaq şəhər əraziləri ilə müqayisədə daha ucuz olur. Nəticədə alınmış torpaq sahəsinin qiyməti 5-10 il ərzində 2-3 dəfə arta bilir”.
“Torpaq alarkən isə bir neçə vacib faktora diqqət etmək lazımdır. Bunlar torpağın düşdüyü zona, məhsuldarlığı, infrastruktur və kommunikasiya xətlərinə yaxın yerləşməsi və sairədir”, - deyə H.İbadov əlavə edib.
Könül
Ölkə.Az