Xavinin “Barselona”da qalmaq üçün şərtləri

 

“Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər.

"Ölkə.az" xəbər verir ki, birincisi, gələn yay “mavi-qırmızılar”ın Levandovski, Gündoğan, Rafinya, Yamal kimi bütün komanda liderlərini klubda saxlaması Xavi üçün vacibdir. İkincisi, ispan mütəxəssis “mavi-qırmızılar”ın heyətinə tamamilə yeni oyunçuların alınmasına ehtiyac duyur. Xavinin favoritləri “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva, “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi və “Bavariya”nın futbolçusu Yozua Kimmixdir.

0.19704484939575