Qəribə boşanma səbəbi - Kakanın həyat yoldaşından ŞOK 

 

Braziliyalı ulduz futbolçu Kakanın keçmiş həyat yoldaşı Karolina Seliko qəribə açıqlaması ilə gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, o, 2015-ci ildə ərindən niyə boşandığı haqda danışıb. 

"Kaka heç vaxt mənə xəyanət etməyib. O mənimlə yaxşı rəftar etdi, mənə gözəl ailə bəxş etdi. Amma mən xoşbəxt deyildim... Nəsə çatışmırdı. Problem onda idi ki, o mənim üçün çox mükəmməl idi", - deyən Karolinanın sözləri diqqət çəkib. 

Cütlük 9 il rəsmi nikahda olub, onların bir qız və oğlan övladı var.

0.13178396224976