Ançelotti Çempionlar Liqasının tarixinə düşüb

 

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

“Ölkə.az” xəbər verir ki, italiyalı baş məşqçi kimi turnirdə 200 oyun keçirən ilk mütəxəssis olub.

Yubiley qarşılaşması 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə ev oyununa (3:3) təsadüf edib. Bu göstərici üzrə ikinci yeri 190 matçla “Mançester Yunayted”in (İngiltərə) sabiq çalışdırıcısı Aleks Ferqyuson tutur. Ölkənin digər komandası “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerin isə hesabında 178 matç var.

Qeyd edək ki, Karlo Ançelotti iki dəfə İtaliya “Milan”ı ilə, iki dəfə isə “Real”la Çempionlar Liqasının qalibi olub.

0.17336893081665