Azərbaycan millisinin kapitanı: Zədəli həndbolçuların yoxluğu bizə təsir etdi

 

Zədəli oyunçularımız var idi. Onların yoxluğu komandaya təsir etdi.

Bunu “Report”a açıqlamasında qadın həndbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Rəna Həsənova AVRO-2024-ün seçmə mərhələsində Şimali Makedoniyaya uduzduqları oyunla (22:37) bağlı danışarkən deyib.

Milli üzvü rəqibin güclü kollektiv olduğunu bildirib: "Qrupda ikinci pillədə qərarlaşıblar. Birinci hissədə biz daha yaxşı oynayırdıq. Amma gücümüz çatmadı. İkinci yarıda oyunumuz alınmadı. Qapıçımız çox yaxşı mübarizə apardı".

Həsənova üç gün sonra İspaniya ilə üz-üzə gələcəklərini xatırladıb: "Onlar qrup lideridir. Yaxşı oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, 5 turdan sonra 5-ci qrupa 10 xalla İspaniya millisi başçılıq edir. Şimali Makedoniyanın hesabında 6, Litva ilə Azərbaycan millisinin isə 2 xalı var.

0.14760613441467