“Neftçi"nin Moskva “Spartak”ı ilə oyunu ləğv olundu

 

“Neftçi” ilə Moskva “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq.

"Ölkə.Az" xəbər verir ki, matç Rusiya klubunun xahişi ilə ləğv olunub.

Buna səbəb Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

Həmçinin klubdan bildirilib ki, oyun üçün alınmış biletlər geri qaytarılacaq.

Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı bu gün, saat 18:00-da "Neftçi Arena"da keçirilməliydi.

0.20520710945129