Sahibə Qafarovayla Simonyan arasında görüş keçirilir - YENİLƏNİB

 

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

***
Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək.

Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq.

Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb.
 

0.17666602134705