BAHAR GƏLİR - Kamalın Abiyeva 

 

Şəlalər əl çalır
Quşların nəğməsinə.
Çaylar da sığal çəkir
Torpağın sinəsinə.
Dağlar,düzlər, yamaclar
elə bil təbiətə yenə də naz eyləyir.
Yurduma bahar gəlir.
Çiçəklər gözümüzün sevincinə bənzəyir,
ilahi bir gözəllik hər tərəfi bəzəyir.
Rənglərin əlvan sirri,
ağacların sehrli tumurcuq gözəlliyi
yenə də üzə gülür
yurduma bahar gəlir.

****
Oyanır yuxudan bütün təbiət,
yaşıl gözəlliyi gəlir dünyanın.
Səpərək hər yana min bir təravət
yaşıl baxışları gülür dünyanın.

Demokratikmusavat.com 

0.2408390045166