“Rosatom” 2035-ci ilə qədər olan planlarını açıqladı

 

“Rosatom” 2035-ci ilə qədər Ural, Sibir və Uzaq Şərq də daxil olmaqla, təxminən 17 nüvə enerji bloku tikməyi planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçyov “Leninqrad” AES-in yeddinci blokunda betontökmə mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, yeni nüvə layihələri bütün ölkəni əhatə etməlidir.

“2035-ci ilə qədər biz 17 nüvə enerji bloku tikməliyik, ortamüddətli perspektivdə Uralsda istehsalı artırmalı, Sibirə, Uzaq Şərqə keçməliyik, yəni layihələrimiz demək olar bütün ölkəmizi əhatə etməlidir”, - A.Lixaçyov deyib.

O qeyd edib ki, söhbət təkcə klassik güclü enerji bloklarından deyil, eyni zamanda həm quruda, həm də su əsaslı kiçik atom elektrik stansiyalarının texnologiyalarından gedir və bu, elektrik enerjisi istehsalını, o cümlədən Azərbaycanın əlçatmaz ərazilərində, təmin etməlidir.

A.Lixaçyov vurğulayıb ki, ölkənin ümumi balansında nüvə istehsalının payının 25%-ə çatdırılması üçün qarşıya qoyulan məqsədlərə nail olmaq 20 il ərzində inşa edilən ümumilikdə 40-dan çox nüvə obyektini nəzərdə tutur.

0.13575196266174