Putindən şok: İstanbulda Kiyevlə sülhə yaxın idik, bu şəxs imkan vermədi

 


"Moskva Kiyevlə sülh danışıqlarına demək olar ki, hazır idi. Hətta ortada saziş layihəsi də var idi. Amma Kiyevi İstanbulda əldə edilən razılşamaya uyğun hərəkət etməyə imkan vermədilər".

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O deyib ki, Moskva heç vaxt danışıqlardan imtina etməyib:

“Mən bir şeyi diqqətə çatdıracağam. Biz İstanbulda keçirilən danışıqlarda Ukrayna tərəfi ilə saziş layihəsini ortaya qoyduq. Və bu müqavilənin xülasəsini qarşı tərəfin danışıqlar qrupunun rəhbəri cənab Araxamiya imzalayıb. Onun imzası var və bu Kremlin arxivindədir.

Lakin sonradan cənab Araxamiyanın özü də dünyaya açıq şəkildə bəyan edib ki, İngiltərənin keçmiş baş naziri Boris Conson gəlib onları bu müqaviləni imzalamaqdan çəkindirib. Məqsəd Rusiyanı döyüş meydanında məğlub etmək idi, lakin bacarmadılar.

Biz danışıqlara hazırıqmı? Bəli, biz hazırıq. Lakin biz ciddi söhbətə hazırıq və bütün münaqişələri sülh yolu ilə həll etmək istəyirik”.

Mürtəza
Ölkə.Az

0.22698211669922