Bayden İrana qarşı sanksiyalar rejimini daha bir il uzadıb

 

ABŞ Prezidenti Cozef Bayden 1995-ci ildə İrana qarşı tətbiq edilən sanksiyalar rejimini daha bir il uzadıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bayden Konqresə İrana qarşı Bill Klinton administrasiyası zamanı elan edilmiş “fövqəladə vəziyyət”i bir il müddətinə uzadacağına dair bildiriş göndərib.

Məlumata görə, dövlət başçısı Konqres rəhbərliyinə ünvanladığı məktubda bildiirib ki, İran hakimiyyətinin hərəkətləri milli təhlükəsizliyə, beynəlxalq siyasətə və ABŞ iqtisadiyyatına xüsusi təhlükə yaratmaqda davam edir.

0.13955688476562