Aİ-nin “antirusiya geosiyasi optikası” yüz minlərlə həyat bahasına başa gələcək

 

Aİ-nin Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla, hər yerdə tətbiq etdiyi “antirusiya geosiyasi optikası”na təkcə Ukrayna deyil, digər ölkələrə də yüz minlərlə həyat bahasına başa gələcək.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın bu qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Aİ, əlbəttə ki, hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətə də bu cür don geyindirməyə çalışır. Bəs Aİ bu ölkədəki münaqişənin bitməsini istəyirmi?” - Polyanski qeyd edib.

O, bu sualı “əsas mənbəyə”, yəni şuranın iclasında iştirak edən Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə yönəltməyi təklif edib:

“2023-cü ilin iyununda Qərbin Ukraynaya hərbi dəstəyini dayandıracağı təqdirdə Ukraynadakı münaqişənin bir neçə həftə ərzində bitəcəyini etiraf etdikdən sonra Borrell qeyd etdi: “Məsələ bu müharibəni bitirməkdə deyil, onu necə bitirməkdədir”. Yəni, Aİ Ukraynada dolayı yolla da olsa, mahiyyətcə müharibə edən tərəf kimi münaqişənin həllinə deyil, onun vasitəsilə Rusiyaya maksimum ziyan vurmağa, ən yaxşı halda isə strateji məğlubiyyətinə nail olmağa çalışır”.

 

0.13841915130615