Putin MDB ölkəsində sabitliyi pozmağa çalışacaq - Zelenski

 

Putinin dünyanı nüvə ilə təhdidləri sadəcə ritorikadır.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Le Monde"yə müsahibəsində deyib.

"Hesab edirəm ki, nüvə ölkələrinin qarşısında bu təhlükəni səsləndirən hər kəs ciddi deyil, sadəcə ritorikadır. Amma onun NATO ərazisinə qurudan müdaxilə edə bilməsi tamamilə mümkündür. O buna qadirdir. Amma nüvə qisası olmayacaq", - Zelenski qeyd edib.

Zelenski hesab edir ki, Putin Baltikyanı ölkələrə və ya Moldovaya hücum edə bilər və bu, istisna deyil. O həmçinin Putinin “Qazaxıstanda sabitliyi pozacağına” inandığını bildirib.

"Onun planı bəllidir. Bütün dünyada sabitliyi pozan mənbələri artırmaq. Sabitliyi pozulan nə qədər çox  bölgə olarsa, onun danışıqlarda mövqeyi bir o qədər güclü olacaq. Ona bu və ya digər ölkəni məhv etmək lazım deyil, sadəcə sabitliyi pozmaq və onun bir hissəsini işğal etmək lazımdır", - Zelenski bildirib.

 

0.130854845047