ABŞ kəşfiyyatı: Vəziyyət Rusiyanın xeyrinə dəyişir 

 

Cəbhədəki dalana dirənməsi vəziyyəti Rusiyanın xeyrinə dəyişir və Moskva Ukraynaya yardımın gecikməsindən istifadə edir.

Ölkə.Az xəbər verir ki, bu barədə Amerika kəşfiyyatının hazırladığı illik hesabatında deyilir.

Sənəddə bildirilir ki, Rusiya müharibədə artıq 300 minə yaxın əsgərini, minlərlə tankı və zirehli döyüş maşınını itirib.

Hesabatda həmçinin qeyd olunub ki, rus ordusu tükənmə, şəxsi heyət və mənəviyyat problemləri ilə üzləşiblər və üzləşməkdə davam edir. Lakin minalardan istifadə, hazırlanmış müdafiə mövqeləri və dolayı atəş onlara ötən il Ukrayna ordusunun hücum hərəkətlərini saxlamağa kömək etdi.

"Lakin bu çıxılmaz vəziyyət Rusiyanın hərbi-strateji üstünlüklərinə təsir edir və vəziyyəti getdikcə Moskvanın xeyrinə yönəldir. Rusiya hərbi-sənaye kompleksi Rusiyaya uzunmüddətli, yüksək intensiv müharibə aparmağa imkan verəcək geniş çeşiddə uzaqmənzilli zərbə silahlarının və digər imkanların istehsalını gücləndirir", - hesabatda qeyd olunub.

Sənəddə həmçinin bildirilir ki, 2023-cü ilin sonundan etibarən Rusiya ordusu döyüş meydanında yeni uğurlara imza atmaqla yanaşı, Qərbin Ukraynaya hərbi yardımının gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən də istifadə edir.

Mürtəza
Ölkə.Az

0.16193580627441