"Latsio" üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.
Demokratikmusavat.com supersport.az-a istinadən xəbər verir ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər.
"Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir. Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək.
Qeyd edək ki, İtaliya çempionatının lideri "İnter"dən (28 oyun, 75 xal) 35 xal geri qalan "Latsio" hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb.