Samir Abasov klub rəhbərliyinə bunu qadağan etdi

 

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov klub rəhbərliyinə qadağa qoyub.

Mütəxəssis rəsmilərin ondan xəbərsiz futbolçularla görüş keçirməsinə qarşı çıxıb.

Abbasov bu qəbildən olan toplantıların təşkilini məqbul saymayıb. Həmçinin idarəçilərin oyundan əvvəl və fasilə zamanı paltardəyişmə otağına daxil olmasına icazə verməyib.

Mtəxəssis bunu onunla əsaslandırıb ki, komanda üzvlərinə özündən və köməkçilərindən savayı kimsə söz deyə, yaxud irad tuta bilməz.

sportinfo.az

 

0.14675092697144