"Beşiktaş" "Qarabağ"ın hücumçusunu istəyir

 

Türkiyənin "Beşiktaş” klubunun idman direktoru Samet Aybaba "Qarabağ”ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.

"Report”un "Fotospor”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer 04” – "Qarabağ” görüşünə tribunadan baxacaq.

O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin iki futbolçusu - Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də maraqlanacaq. Samet Aybaba bir gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq "Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) qarşılaşmasını izləyəcək.

Qeyd edək ki, "Bayer 04” ilə "Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

0.1459801197052