TIR məktəbli avtobusu ilə toqquşub: xəsarət alanlar var

 

Türkiyənin Mardin vilayətində TIR-la məktəbli avtobusu toqquşub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Mazıdağı rayonunda baş verən qəzada aralarında müəllim və şagirdlərin də olduğu yeddi nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

0.13763117790222