Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq hakimi Aleksey Spirin vəfat edib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumatı təsdiqləyib.
72 yaşlı A. Spirinin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, A. Spirin sovet futbolu tarixində ən gənc hakim olub. O, hakim karyerasını başa vurduqdan sonra Rusiya Futbol İttifaqında çalışıb.