Qaradağda 24 yaşlı gənci öldürən şəxs saxlanılıb

 

Martın 6-da saat 02:00 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəlüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Demokratikmusavat.com xəbər verir ki,  DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Məzahir Elşən oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

0.17184805870056