“Qarabağ”a qol vuran futbolçu 20 milyona satıldı

 

“Atletik” “Braqa”nın yarımmüdafiəçisi Alvaro Calonu transfer etdiyini rəsmən açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, 24 yaşlı futbolçu hazırkı komandası ilə bu mövsümü başa vuracaq və iyulun 1-də La Liqa təmsilçisinə qoşulacaq. Transfer məbləği 15+5 milyon avrodur.

Bu mövsüm Calo bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olub. Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Calo vurub.

 

0.14255714416504