Prokuror Cəmil Məmmədlinin 8 il 3 ay həbsi tələb edilməsini tələb etdi...

 

Hədə-qorxu ilə tələb etmə, dələduzluq və xuliqanlıq ittihamı ilə mühakimə edilən jurnalist Cəmil Məmmədlinin məhkəməsi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror C. Məmmədliyə qarşı irəli sürülmüş ittihamların sübuta yetirildiyini qeyd edərək, onun 8 il 3 ay  müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, Cəmil Məmmədli ibtidai istintaq dövründə azadlıqda olub. O, zərərçəkmişlərin vəsatəti əsasında məhkəmədə həbs edilib.

 

0.16873097419739