Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatdı - FOTO

 

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb.

Ölkə.Az xəbər verir ki,  yürüşün birinci mərhələsi Yevlaxda yekunlaşıb. Birinci yeri Elmir Əskərov tutub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev finişə ikinci, Elman Abışov isə üçüncü çatıb.

İdmançılar daha sonra Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

 

0.35239696502686