Ankara və Pekin Kiyevlə Moskvanı bir araya gətirir

 

Ankara və Pekin Kiyevlə Moskva arasında danışıqlar üçün yeni platforma hazırlayır.

Ölkə.Az xəbər verir ki, bu barədə ISW-nin hazırladığı hesabatda deyilir.

"Türkiyə və Çin çox güman ki, Ukraynadakı müharibəni həll etmək üçün öz danışıqlar platformalarını inkişaf etdirirlər", - ISW-nin hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, bu məqsədlə Çin Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin hərbi münaqişənin həlli üçün Ukrayna, Rusiya Federasiyası və bir sıra Avropa ölkələrinə səfər edəcək. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da fevralın 28-də bir daha bəyan edib ki, Ankara Moskva və Kiyevə danışıqlar üçün yeni platforma təqdim etməyə hazırdır.

ISW analitiklərinin fikrincə, Kreml Ukraynanın danışıqlardan imtina etməsi ideyasını təbliğ etmək üçün bu təklifləri informasiya silahına çevirəcək. "Çünki Kreml əslində Ukrayna ilə ədalətli danışıqlarda və müharibənin bitməsində maraqlı deyil", - hesabatda vurğulanıb.

Mürtəza
Ölkə.Az

0.17287611961365