Azərbaycanda klub 200 min verib, "ayağını yerdən götürdü"

 

«Kəpəz» yeni avtobus alıb.

Gəncə təmsilçisi artıq «Daewoo» markalı nəqliyyat vasitəsinə sahibdir.

Klub rəhbərliyi bu məqsədlə 200 min manata yaxın vəsait xərcləyib. 48 oturacaqlı minik yaxın günlərdə əsas komandanın ixtiyarına veriləcək.

Belə bilməyin ki, bu, Futbolun İnkişafı Fondunun (FİF) zəhmətidir. FİF hələ 2 il öncə «Kəpəz»ə avtobus alınması məqsədilə aksiya başlatsa da, kifayət qədər az vəsait toplayıb.

0.15090703964233