Ramazan bayramı günlərində “Azərpoçt” xüsusi rejimdə fəaliyyət göstərəcək

 
 

Azərpoçt” MMC əhalinin poçt, maliyyə, postcargo və digər xidmətlərindən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə aprelin 10, 11 və 14-də xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə AZƏRTAC-a “Azərpoçt” MMC-dən bildirilib.

Belə ki, aprelin 10, 11 və 14-də fəaliyyət göstərəcək şöbələrin siyahısını diqqətinizə çatdırırıq:

 Poçt məntəqələrimiz

İş qrafiki

1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000);

 09:00-18:00

2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi;

 10:00-17:00

2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri;

 09:00-17:00

3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri;

 10:00-17:00

4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi;

 09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri

 10:00-17:00

Qeyd edək ki, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Həmçinin, aprelin 12 və 13-də respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək.

 

0.151447057724