Belçikalı futbolçuya ikiilik həbs cəzası verildi

 

"Queens Park Rangers”in (QPR) yarımmüdafiəçisi İlias Çayr Belçikada həbs olunub.

Demokratikmusavat.com xəbər verir ki, buna səbəb futbolçunun mübahisə etdiyi bir adamın kəllə sümüyünü daşla sındırması olub. Hadisə 2020-ci ildə yaşanıb. Məhkəmə futbolçunun iki il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. 

Çayrın zərər yetirdiyi insan yük maşını sürücüsü olub. Belçika mətbuatında çıxan xəbərə görə, Mərakeş əsilli belçikalı futbolçu 2020-ci ildə mübahisə etdiyi şəxsin kəllə sümüyünü daşla sındırıb. O, ikiillik həbs cəzası ilə yanaşı 15 800 avro təzminat ödəməyə məhkum edilib.

Futbolçunun klubu tərəfindən verilən açıqlamada "Klubumuz İliasın hücum ittihamı ilə bağlı hüquqşünaslarla müntəzəm əlaqə saxlayır. Hüquqi proses davam etdiyi üçün klub bu mərhələdə əlavə şərh verməyəcək” - sözlərinə yer verilib.

Qərardan apelyasiya şikayəti verəcəyi gözlənilən 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə 31 oyun keçirib və dörd qol vurub.(Qaynarinfo)

 

 

0.23756289482117