Ukrayna güzəştə gedəcək vəziyyətdə deyil - Kuleba

 

Ukrayna indi elə vəziyyətdə deyil ki, hərbi təchizatla bağlı hər hansı güzəştə getsin.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

O qeyd edib ki, silahlarla bağlı B planı yoxdur, çünki Ukrayna əsgəri dövləti qorumaq üçün hər şeylə təmin edilməlidir:

"Müharibədə özünüz üçün B planı yaratdığınız zaman əmin olun ki, məhz bu B planı gələcək. Müharibədə siz həmişə A planına diqqət etməlisiniz, çünki bu, maraqlarınızın maksimum nəzərə alınmasıdır. Biz hərbi təchizatla bağlı hər hansı güzəştə gedə biləcəyimiz vəziyyətdə deyilik".

O vurğulayıb ki, ukraynalı əsgərin nə qədər artilleriya mərmisi olacağı ilə bağlı kompromis ola bilməz, çünki onların sayı maksimum olmalıdır.

 

0.15945506095886