Qurban Qurbanov: “Baxımlı futbol oynayıb, yaxşı nəticə əldə etməyə çalışacağıq"

 

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib. 

52 yaşlı mütəxəssisin sözlərinə görə, “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir: "Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu". 

Çalışdırıcı bildirib ki, “Bayer”lə oyunlar Ağdam təmsilçisi üçün böyük təcrübədir: "Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir". 

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq. 

 

0.24762010574341