Ağdamda atası tərəfindən öldürüldüyü deyilən qızla bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO

 

4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.
 
Ölkə.az Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib.
 
Axtarış rayonun Ağdam rayonuda aparılır. Meyiti axtarılan şəxsin qəsəbə sakini Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilib.
 
Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Məlumatla əlaqədar ailənin yaşadığı İmamqulubəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib.
 
Qonşuların bildirdiklərinə görə, sakit ailə olan Nəcəfovlarda qətlin hansı səbəbdən baş verdiyini bilmirlər.
 
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.
 
Ətraflı videoda:

0.15039300918579