Julio Romaonun bu görüntüləri gündəm oldu - VİDEO

 

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu turnirdən kənarlaşdırıb. 

Tarixi qələbədən sonra "Qarabağ"ın futbolçusu Julio Romao paltardəyişmə otağında rəqs edib. Komando yoldaşları onun rəqsini alqışla qarşılayıblar. 

Görüntülər sosial şəbəkədə gündəm olub. 

 

0.1517608165741