Ulduz futbolçunun "Qalatasaray"dan ayrılacağı iddia edilir - FOTO

 

"Qalatasaray"ın ulduz qapıçısı Fernando Muslerayanın sezon sonu komandadan ayrılacağı iddia edilir.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, uruqvaylı ulduzun İtaliyanın “Parma” komandasına keçəcəyi gözlənilir.

B Seriyasında mübarizə aparan "Parma" A seriyasına yüksələcəyi təqdirdə ona təklif göndərəcək.  

Sarı-qırmızılı azarkeşlərin sevimlisinə çevrilən Musleranın bu təklifə necə cavab verəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, 13 mövsümdür, "Qalatasaray"da çıxış edən Muslera 492 matçda 521 qol buraxıb, 176 matçda isə qapısını qorumağı bacarıb.

Günay

 

0.17387104034424