Rekorda məhəl qoymadılar: Ulduzları ağ yuyub, qara sərdilər

 

Milli Basketbol Asossasiyasının ulduzlar matçında rekordlar qeydə alınıb.

Publika.az xəbər verir ki, Şərq konfransının basketbolçuları Qərbdən olan rəqiblərinə 211:186 hesabı ilə qalib gəliblər. Ki, bu da yarış tarixində ən yüksək nəticədir.

Şərq komandasının 211 xal toplaması ulduzların oyunu üçün bütün zamanların rekordudur. İlk dəfə idi ki, bir komanda belə oyunda 200-dən çox xal toplayıb. Hər iki komanda 400-ə (397) yaxın xal toplayıb ki, bu ən yaxşı nəticədir.

Bəzi rekordlar da rezonans doğurub. Lakin müsbət mənada deyil. Çünki oyunda basketbolçuların müdafiə olunmaq istəyinin olmaması açıq-aşkar görünüb. Təkcə onu demək kifayətdir ki, görüş ərzində cəmi üç qayda pozuntusuna yol verilib. Bu, həm də adi MBA oyununda qeydə alınamyan qəribə rekord statistikadır.

Buna görə də həm media, həm mütəxəssislər, həm də azarkeşlər oyunun gedişatından narazı qalıblar və basketbolçular tənqid hədəfinə çevrilib.

0.12882995605469