NATO Rusiyanın Rumıniyadakı seçkilərə müdaxiləsindən qorxur

 

NATO baş katibinin müavini Mirça Coana bildirib ki, Rusiyanın Rumıniyada keçiriləcək seçkilərə müdaxiləsi riski var və bu, Avropada qüvvələr balansını dəyişə bilər. 

Paralel.az xəbər verir ki, rəsmi bu barədə Rumıniyanın "Digi 24" telekanalına müsahibəsində bildirib.

"Rumıniya geosiyasi tarazlıq baxımından son dərəcə vacibdir. Təkcə ABŞ-da deyil, Rumıniyada da seçkiyə müdaxilə riskləri olacaq. Mən tamamilə əminəm ki, Rusiya Federasiyası Rumıniyada kimin prezident olacağına biganə deyil", deyə Ceoana qeyd edib.

NATO rəsmisinin fikrincə, Rumıniya xalqı bilir ki, onun yeri Qərb ölkələri arasındadır və bu, seçkinin nəticələrindən asılı deyil.

"Rumıniyanı Qərbin bir hissəsi kimi görməmək üçün əslində ölkənin maraqlarına zidd olmaq lazımdır", deyə Ceoana qeyd edib.

Bundan əvvəl Rumıniyanın baş naziri Marsel Çiolaku bildirib ki, Rusiya bu ölkəyə qarşı məqsədyönlü hücumlar həyata keçirməyib və gələcəkdə də etməyəcək:

"Rusiya Federasiyası Rumıniyaya qarşı qəsdən hər hansı təcavüzə başlamayıb və mən əminliklə bildirirəm ki, o, bunu etməyəcək, çünki bunun heç bir əsası yoxdur".

 

0.15387606620789