Ərdoğan: “Türkiyə Ukraynada hərbi əməliyyatlara son qoymağa çalışacaq”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması üçün səylərini davam etdirəcək.

Demokratikmusavat.com TASS-a istinadən bu xəbəri verir.

“Əminəm ki, Türkiyə bu və digər münaqişələrin həllində nəticələr əldə etmək üçün bu kontekstdə fəaliyyətini davam etdirəcək”, deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Ankara əvvəllər Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq cəhdlərində fəal rol oynayıb, həmçinin taxıl sazişinin həyata keçirilməsinə töhfə verib.

Bundan əvvəl Türkiyə prezident administrasiyasındakı mənbə bildirib ki, Ankara hər iki ölkədə keçirilən seçkilərdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin səfərinə ümid edir.

Türkiyə prezident administrasiyasındakı mənbə dəqiqləşdirib ki, səfərə hazırlıq gedir, lakin konkret tarixlər yoxdur. Rusiyada prezident seçkiləri martın 17-də, Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər isə martın 31-də keçiriləcək.

 

0.19337797164917