Anar Ağakişiyevə yüksək vəzifə verildi

 

Dünyaca tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq. 

Kanaldan OLAY-a verilən eksklüziv məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır. Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhvəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq. 

Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir. 

Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.

0.1754789352417