“Real Madrid”in baş məşqçisi dünyanın ən yaxşı futbolçusunu açıqladı

 

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının çempionluq uğrundakı mübarizədə birbaşa rəqibi “Jirona”ya qalib gəldiyi oyunu şərh edib.

İtaliyalı mütəxəssis Kral klubunun 4:0 üstün olduğu matçdan sonra bəzi futbolçuları tərifləyib.

“Bu oyun səviyyəsi və işə münasibətlə Vinisius mənim üçün dünyanın ən yaxşısıdır. O, yüksək səviyyəli matç keçirdi. Bellinqem ikinci, Rodriqo isə üçüncüdür”, - Ançelotti bildirib.
Xatırladaq ki, İspaniya Primerasının 24-cü turu çərçivəsində baş tutan “Real Madrid” - “Jirona” matçında Vinisius bir qol vurub və iki məhsuldar ötürmə edib. Ümumilikdə, bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 21 matçda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

0.18611192703247