Xristian Demokrat və Xristian Sosial Birliklərinin müxalifət bloku Almaniya kansleri Olaf Şoltsa ölkədə iqtisadi vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksi təklif edən məktub hazırlayıb.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Xristian demokratların lideri Fridrix Mers və xristian sosialların Bundestaqdakı qrupunun rəhbəri Aleksander Dobrindt tərəfindən sadalanan tədbirlər enerji vergisinin daimi azaldılmasını, sosial müavinətlərin xalis əmək haqqının 40 %-i ilə məhdudlaşdırılmasını və işçilərə daha çevik iş saatlarının təklif edilməsini əhatə edir.
Ümumilikdə məktubda Almaniya iqtisadiyyatını böhrandan çıxarmaq üçün 12 tədbir var.
“Ölkəmiz görünməmiş miqyasda sərvət itkisi ilə üz-üzədir”, - məktub müəllifləri xəbərdarlıq edirlər. Onlar Kansleri məktubda göstərilən tədbirlər paketinə qoşulmağa çağırıblar. Proqramın gələn həftə Bu