Fransa Ukraynaya onlarla "Sezar" verəcək

 

Fransa Ukraynaya onlarla "Sezar" artilleriya sistemi və mərmi verəcək.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığında sonra məlumat yayıb.

“Fransa və ABŞ-ın artilleriya koalisiyasının yaradılmasına görə sizə təşəkkür edirəm, bu koalisiya çərçivəsində Paris onlarla "Sezar" artilleriya sistemi və onlar üçün mərmi istehsal edib Ukraynaya təhvil verəcək”, - Zelenski bildirib.

Qeyd edək ki, daha öncə Fransa Müdafiə Nazirliyi Ukraynaya altı “Sezar” özüyeriyən haubitsa tədarük ediləcəyi barədə məlumat yayıb.

 

0.15576004981995