Asiya Kubokunun qalibi bəlli oldu

 

Futbol üzrə Asiya Kubokunda İordaniya və Qətər yığmaları üz-üzə gəliblər.

“Ölkə.az” xəbər verir ki, gərgin qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib. Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.

0.18464183807373