“Sabah”ın stadionuna dəymiş ziyanı bu klub ödəyəcək

 

Bu gün İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası XXI tur

Azərbaycan Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

Azərbaycan Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılansın (maddə 54.2);

 

0.18462800979614