“Spotify”ın istifadəçilərinin sayı və gəlirləri açıqlandı

 

Dünyanın ən böyük rəqəmsal musiqi və podcast platforması “Spotify” 2023-cü ilin dördüncü rübü üçün maliyyə vəziyyəti haqqında hesabatını dərc edib. 

“Ölkə.Az”ın məlumatına görə, son vaxtlar abunə qiymətlərindəki artımla gündəmdə olan “Spotify”ın aktiv istifadəçilərinin sayının 23% artaraq 602 milyona çatdığı məlum olub.

Aylıq ödəniş edən abunəçilərinin sayı isə 15% artaraq 236 milyona yüksəlib.

Platformanın ümumi gəliri isə illik müqayisədə 16% artaraq 3,7 milyard avro oolub.

Könül
Ölkə.Az

 

0.1520140171051