Premyer Liqada 21-ci tur başa çatacaq

 

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

“Ölkə.az” xəbər verir ki, son gündə bir görüş baş tutacaq.

Qəbələdə “Kəpəz” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Səbail” “Qarabağ”a evdə (1:2), “Neftçi” isə səfərdə “Sumqayıt”a (1:2) məğlub olub. “Sabah” – “Turan Tovuz” və “Qəbələ” – “Zirə” görüşlərində də oxşar heç-heçə qeydə alınıb – 1:1.

Azərbaycan Premyer Liqası
21-ci tur
5 fevral

“Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

 

0.15436100959778