Fellaini karyerasını bitirdi

 

“Mançester Yunayted”, “Everton” və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellaini sosial şəbəkədə peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 

36 yaşlı futbolçu paylaşımında onu dəstəkləyən azarkeşlərə, birlikdə oynadığı komanda yoldaşlarına və ona rəhbərlik edən məşqçilərə təşəkkür edib. 

O, futbol sahəsindən uzaqda yeni çağırışlara hazır olduğunu yazıb. 
Xatırladaq ki, belçikalı futbolçunun son klubu Çinin “Şandunq Lunenq” komandası olub. (oxu.az)

0.20795798301697